

"Siçanlar və adamlar" Müəllif: John Steinbeck Dil: Azərbaycan Yaş hədii: 16+ Xronometraj: 1 saat 20 dəqiqə Tamaşa dostluq, ümid və insanın taleyi mövzusuna həsr olunmuşdur. Hadisələr Böyük Depressiya dövründə baş verir və iki fəhlə – Corc və Lenni adlı dostların həyatı təsvir olunur. Onlar birlikdə işləyir və gələcəkdə öz torpaqlarına sahib olmaq arzusu ilə yaşayırlar. Lenni fiziki cəhətdən güclü, lakin zehni baxımdan sadəlövh bir insandır, Corc isə onu qoruyub saxlayan ağıllı dostudur. Lakin hadisələrin gedişində Lenni istəmədən problem yaradır və bu, faciəvi sonluğa gətirib çıxarır. Burada əsas mövzu insanın arzuları ilə reallıq arasındakı ziddiyyət və cəmiyyətin zəif insanlara qarşı münasibətidir. Müəllif göstərir ki, hər kəsin bir arzusu olsa da, həyat bəzən bu arzuların gerçəkləşməsinə imkan vermir. Bu baxımdan tamaşa həm dostluğun gücünü, həm də həyatın acı həqiqətlərini əks etdirir.
Joining here doesn't get you a ticket to the event — you can still use EventPark's features (notes, networking, etc). Visit the original source to buy tickets: View original listing
This event was imported from iTicket.az. Visit the original listing to buy tickets or see full details.
Price: 3–8 AZN
Buy ticket