

III Beynəlxalq Opera Festivalı çərçivəsində təqdim olunan “Gənc səslər gələcəyə səslənir” layihəsinin növbəti konsertində Azərbaycan Respublikasının Xalq artisti Fidan Hacıyeva gənc opera ifaçıları ilə birlikdə səhnəyə çıxacaq. Gecədə Aysu Əliyeva, Ləman Mustafazadə, Rauf Məmmədzadə və Anar Xanməmmədli dünya opera inciləri və Azərbaycan bəstəkarlarının sevilən əsərlərindən ibarət rəngarəng proqramla tamaşaçıların qarşısında çıxış edəcəklər. Konsert dinləyicilərə peşəkar ifaçılıq sənəti ilə gənc istedadların yaradıcılığını bir arada izləmək və opera musiqisinin zəngin dünyasını fərqli ifalarda kəşf etmək imkanı yaradacaq.
Joining here doesn't get you a ticket to the event — you can still use EventPark's features (notes, networking, etc). Visit the original source to buy tickets: View original listing
This event was imported from iTicket.az. Visit the original listing to buy tickets or see full details.
Price: 25 AZN
Buy ticket