

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı öz tarixində ilk dəfə imersiv tamaşa təqdim edir. Bakı, 1916-cı il. Neft qaydaları diktə edir. Pul mazut və şampan qoxuyur. Teatr və kinematoqraf insan ruhu uğrunda mübahisə aparır. Və böyük aktyor Hüseyn Ərəblinski çəkilişlərin başlamasına 4 gün qalmış yoxa çıxır. Tamaşanın hadisələri teatrın müxtəlif guşələrində cərəyan edir: quruluşçu rejissor Konstantin Soldatov və aktyorlar Murad Məmmədov ilə Teymur Rəhimov tamaşaçıları Rus Dram Teatrının adətən tamaşaçılara açıq olmayan məkanları ilə tanış edəcəklər. Siz elə bilirdiniz ki, sadəcə kənardan izləyəcəksiniz? Xeyr, siz axtarışın bir hissəsi olacaqsınız. Bu, imersiv tamaşadır. Burada siz tamaşaçı deyilsiniz. Siz iştirakçısınız.
Joining here doesn't get you a ticket to the event — you can still use EventPark's features (notes, networking, etc). Visit the original source to buy tickets: View original listing
This event was imported from iTicket.az. Visit the original listing to buy tickets or see full details.
Price: 50 AZN
Buy ticket