

Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız. QR bilet haqqında daha ətraflı: QR bilet İblis | ƏSA teatrı Heydər Əliyev Sarayında “Paris Notr-Dam” və “Hamlet” kimi möhtəşəm tamaşalar təqdim edən ƏSA Teatrının kollektivi bu dəfə Azərbaycanda ilk dəfə olaraq, ədəbiyyatımızın dahi dramaturq və şairi Hüseyn Cavidin “İblis” faciəsini müzikl janrında təqdim edəcək! Peşəkar heyətin ərsəyə gətirdiyi böyük teatr layihəsi uzun illər yaddaşlarda qalacaq. Belə ki, 13 fevral 2027-ci il saat 20:00-da premyerası olacaq musiqili tamaşada zaman və məkan yeni bədii yozumla təqdim olunur, müasir səhnə həlləri ilə fərqli teatr estetikası yaradılır. Hadisələr orijinal əsərdən fərqli olaraq 2118-ci ildə, postapokaliptik bir dünyada cərəyan edir. Kosmik sürətlə inkişaf etmiş bəşəriyyət son dünya müharibəsinin ardından məhvin astanasına gəlib. Müharibə sivilizasiyanı təxminən 200 il geriyə atıb. Hüseyn Cavidin “İblis” faciəsindəki hadisələr də məhz bu postapokaliptik dünyada yenidən canlandırılır. Tamaşanın ideya müəllifi və baş prodüseri Nihad Qulamzadə, quruluşçu rejissoru Binyamin Sailovdur. Səhnə əsəri üçün xüsusi musiqilər bəstələnib, faciədəki monoloqlar əsasında orijinal mahnılar hazırlanıb. Beləliklə, Azərbaycanda ilk dəfə olaraq Hüseyn Cavidin “İblis” faciəsi müzikl janrında tamaşaçılara təqdim olunur.
Joining here doesn't get you a ticket to the event — you can still use EventPark's features (notes, networking, etc). Visit the original source to buy tickets: View original listing
This event was imported from iTicket.az. Visit the original listing to buy tickets or see full details.
Price: 20–120 AZN
Buy ticket