

Peşəkar təmsilçilik uğurun görünməyən, amma ən vacib tərəflərindən biridir. Marsol Academy-nin təşkilatçılığı ilə Beynəlxalq Protokol Mütəxəssisi İhsan Ataöv tərəfindən 3 oktyabr 2026-cı il tarixində “Protokol İdarəçiliyi və Korporativ Təmsilçilik” mövzusunda peşəkar təlim proqramı keçiriləcək. Bu təlim: ✔️ 6 il Türkiyə Prezident Administrasiyasında protokol təcrübəsi ✔️ 40-dan çox ölkədə rəsmi protokol vəzifələri ✔️ 100+ beynəlxalq səfər ✔️ 75 vilayətdə dövlət səviyyəli tədbirlərin təşkilində birbaşa iştirak edən mütəxəssis İhsan Ataöv tərəfindən aparılır. Bu təlimdə iştirakçılar: ✅ İlk təəssüratın formalaşdırılması və şəxsi imicin idarə olunması ✅ Protokolda geyim qaydaları, rəng seçimi və korporativ görünüş standartları ✅ Rəsmi müraciət formaları və işgüzar ünsiyyət üslubu ✅ Bədən dilinin effektiv istifadəsi və qeyri-verbal kommunikasiya ✅Salamlaşma, təqdimat və əl sıxma qaydaları ✅Vizit kartlarının təqdim olunması və qəbul edilməsində etik normalar ✅İclasların idarə olunması və rəsmi tədbirlərdə təmsilçilik qaydaları ✅Rəhbər–işçi münasibətlərində peşəkar ünsiyyət prinsipləri ✅Rəhbər kabinetində tətbiq olunan protokol qaydaları ✅Elektron poçt və telefon yazışmalarında etik davranış standartları ✅Qarşılama, qonaqpərvərlik və yola salma mərasimlərinin təşkili ✅Oturma planlarının hazırlanması və protokol üzrə öncəlik prinsipləri mövzuları üzrə həm nəzəri, həm də praktik biliklər əldə edəcəklər. Təlimin sonunda iştirakçılar korporativ etiket, protokol idarəçiliyi və peşəkar təmsilçilik sahəsində əldə etdikləri bilikləri iş həyatında tətbiq etmək üçün praktiki alətlər və metodlarla tanış olacaqlar. Peşəkar imicinizi gücləndirmək, korporativ mühitdə daha inamlı və effektiv təmsil olunmaq istəyirsinizsə, bu təlim sizin üçün dəyərli fürsətdir.
Joining here doesn't get you a ticket to the event — you can still use EventPark's features (notes, networking, etc). Visit the original source to buy tickets: View original listing
This event was imported from iTicket.az. Visit the original listing to buy tickets or see full details.
Price: 220 AZN
Buy ticket