

25 sentyabr tarixində FOMO-nun qarşısındakı açıq havada keçiriləcək APEX, Baku City Circuit və iTicket Production əməkdaşlığı ilə mövsümün ən möhtəşəm elektron musiqi tədbirlərindən birinə çevriləcək. Gecənin əsas ulduzu dünya house musiqisinin ən nüfuzlu simalarından biri olan Jamie Jones olacaq. İbizanın əfsanəvi Circoloco gecələrindən və özünün məşhur Paradise layihəsindən tutmuş, Coachella, Glastonbury, Tomorrowland və Burning Man kimi dünyanın ən böyük festivallarına qədər Jamie Jones illərdir elektron musiqi səhnəsinin istiqamətini müəyyənləşdirən sənətçilərdən biridir. Onun unikal ritmi, qüsursuz musiqi seçimi və rəqs meydançasında yaratdığı xüsusi atmosfer bu gecəni həqiqətən unudulmaz edəcək. Bir gecə. Bir səhnə. Mövsümün ən möhtəşəm open-air təcrübələrindən biri.
Joining here doesn't get you a ticket to the event — you can still use EventPark's features (notes, networking, etc). Visit the original source to buy tickets: View original listing
This event was imported from iTicket.az. Visit the original listing to buy tickets or see full details.
Price: 85–300 AZN
Buy ticket